MİNGƏÇEVİR, 11 sentyabr. TELEQRAF
Mingəçevirdə 76 yaşlı kişi ikinci mərtəbədən enərkən pilləkənlərdən yıxılaraq ölüb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə M.F.Axundov küçəsi 1 ünvanında yerləşən binada baş verib.
İkinci mərtəbədən enərkən müvazinətini itirərək üzüaşağı yuvarlanan 1949-cu il təvəllüdlü Yusibov Tofiq Tofiq oğlu aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.