AZ

Mingəçevirdə faciəvi hadisə: 76 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb

MİNGƏÇEVİR, 11 sentyabr. TELEQRAF

Mingəçevirdə 76 yaşlı kişi ikinci mərtəbədən enərkən pilləkənlərdən yıxılaraq ölüb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə M.F.Axundov küçəsi 1 ünvanında yerləşən binada baş verib.

İkinci mərtəbədən enərkən müvazinətini itirərək üzüaşağı yuvarlanan 1949-cu il təvəllüdlü Yusibov Tofiq Tofiq oğlu aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
33
teleqraf.com

1Mənbələr