“Bizə görə təhsil eksperti anlayışı yoxdur”.
“Onu siz qəbul etmisiniz və elə təqdim etmisiniz. Bizə görə təhsil mütəxəssisləri var. Təhsil ekspertləri təhsili daha yaxşı etmir”, – nazir əlavə edib.
O qeyd edib ki, bəzi hallarda ekspertlərin qaldırdığı problemlər doğrudur:
“Aralarında hörmət etdiyim şəxslər də var. Amma adam özü-özünə ad qoyub və siz də bunu qəbul etmisiniz”, – deyə E. Əmrullayev vurğulayıb.