AZ

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT » AzadMedia.az



Xəbər verdiyimiz kimi Bakı şəhərində fəaliyyət göstərən “Pilgrim Education” şirkətinin rəhbəri Aslanova Aisa Nəbi qızı bir çox tələbədən şirkətə ödəniş etdirərək onları güya xarici ölkələrin universitetlərinə təhsil almaq üçün şərait yaradacaq.

Tribunainfo.az-a şikayət edən Sultanova İndira Qulam qızı bildirib ki, qızım Heydərli Asena Zaman qızı üçün bu ilin mart ayında “Pilgrim Education” xaricdə təhsil üçün müraciət etmişdik.

Şikayətçinin sözlərinə görə, sentyabr ayına qədər bu şirkət bizdən 1400 manat aldı. Bu pulu bizdən qızımın 2027-ci ilin imtahanlarına qatılmaq üçün aldılar. Birdəfəlik vəsaiti ödəyə bilmədiyimizdən dolayı, zamanı da 2027-ci ilə qədər uzadaraq, 2200 manatı taksit-taksit ödəməklə razılaşdıq.

“Sağdan-soldan eşitdiyimiz və oxuduğumuz informasiyalardan belə məlum oldu ki, bunlar sən demə dələduzluqla məşğuldurlar. Və bir çox ailələri, tələbələri bu vasitə ilə aldatmaqla pul mənimsəyirlər. Biz duyuq düşdükdən sonra keçən həftə” Pilgrim Education” müraciət etdik. Mən qeyd etdim ki, biz artıq istəmirik, 2027-ci ilə qədər olan məsafə də çox böyükdür. Dondurulmuş müddətə görə ödədiyimiz məbləği də geri istədiyimizi bildirdik. Bizə fərqli-fərqli versiyalar irəli sürərək, qarşımıza elə şərtlər qoydular ki, sanki biz onlara borcluyuq vəziyyətinə düşdük. Mən orada birbaşa 102-yə müraciət etdim. Hüquq-mühafizə orqanlarının əməkdaşları, polislərimiz gəldi. 22-ci polis bölməsinə də şikayətimi qeyd etdim.
Bunların arxasında dayanan havadarları var. Onlar nə haqla bu qədər kütləni aldatmaqla məşğuldur?! Bu ölkənin yiyəsi var. Uşaqlarımızın və ailələrimizin haqqını onlardan tələb etmək istəyirik. İnanıram ki, haqq öz yolunu tapacaq”.
Seçilən
8
3
azadmedia.az

4Mənbələr