AZ

"Hizbullah" Suriya ərazisində silahlı fəaliyyət göstərdiyinə dair məlumatları yalanlayıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

“Hizbullah” Suriyada sabitliyin qorunması üçün səylər göstərir və ölkə ərazisində heç bir silahlı fəaliyyəti yoxdur.

TurkicWorld xəbər verir ki, bu barədə "Hizbullah"ın nümayəndəsi “X” sosial şəbəkəsində yazıb.

Açıqlamada Suriyanın bəzi KİV-lərində yayılan, Dəməşqin qərb hissəsində “Hizbullah”a bağlı gizli qrupun üzvlərinin saxlanılması ilə bağlı xəbərlər təkzib olunub.

“Saxlanılan döyüşçülərin bizim silahlı qolumuza heç bir aidiyyəti yoxdur. Müqavimət qüvvələri Suriyada yerləşmir, onların orada hərbi bazaları və silah anbarları yoxdur” - deyə, açıqlamada bildirilib.

Açıalamada həmçinin vurğulanıb ki, “Hizbullah”ın Suriyaya münasibətdə mövqeyi dəyişməz olaraq qalır:

“Biz Suriyanın və onun xalqının təhlükəsizliyini və sabitliyini arzulayırıq”.

Xatılradaq ki, bundan əvvəl Dəməşq ətrafında daxili təhlükəsizlik qüvvələrinin komandanı general Əhməd əd-Dəlati Suriyanın qərb bölgəsində “Hizbullah”ın üzvlərinin saxlanıldığını açıqlamışdı. O, “Əl-İxbariyyə” telekanalına müsahibəsində döyüşçülərin Livanda hazırlıq keçdiyini və regionun təhlükəsizliyinə təhdid yaradan əməliyyatlar planlaşdırdıqlarını bildirmişdi. Generalın sözlərinə görə, axtarış zamanı reaktiv qurğular, tank əleyhinə komplekslər və çoxlu sayda silah-sursat ələ keçirilib.

Seçilən
54
turkic.world

1Mənbələr