AZ

Lahıcda qəza: Ara məsafəsini düzgün seçməyən sürücü “Opel”i vurdu- VİDEO

Bu dəfə təqdim etdiyimiz mövzu nəqliyyata pulsuz, yəni biletsiz  daxil olan şəxslərin daşıdığı məsuliyyətlə bağlıdır. Avtosfer.az xəbər verir ki, gündəlik  həyatımızda bir çoxlarımız bu kimi hallara rast  gəlmişik. Bəzi sərnişinlər ictimai nəqliyyata kart vurmadan daxil olmağa çalışır və ya daxil  olur. Əgər, belə hal baş verərsə,İnzibati Xətalar Məcəlləsinin  319-cu maddəsinə əsasən, həmin  şəxs şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə beş manat məbləğində cərimə edilir. Əgər bu hal   şəhərlərarası (rayonlararası) sərnişin daşımaları yerinə yetirən avtobusda baş veribsə,bu zaman həmin  şəxs on beş manat məbləğində cərimə edilir. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişin biletsiz getməyə görə-iyirmi beş manat ,dəmir yolu nəqliyyatında sərnişin biletsiz getməyə görə otuz manat , dəniz və çay nəqliyyatında sərnişin biletsiz getməyə görə-otuz beş manat, hava nəqliyyatında sərnişin biletsiz getməyə görə qırx manat məbləğində cərimə edilir. (oxu24.com)

Seçilən
14
avtosfer.az

1Mənbələr