AZ

ABŞ Rusiya qazının Avropaya ixracını dayandırmaq niyyətindədir

BAKI, 11 sentyabr. TELEQRAF

"ABŞ-nin əsas məqsədi Avropaya ixrac olunan Rusiya təbii qazını tamamilə dayandırmaq və bu boşluğu öz enerji resursları ilə doldurmaqdır."

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Energetika naziri Kris Rait Avropaya işgüzar səfəri çərçivəsində telefonla keçirilən xüsusi brifinqdə bildirib.

“Məqsədimiz dünyanın hər yerindəki müttəfiqlərimizə ABŞ-nin enerji resurslarını ixrac etməkdir. Onlar enerjini etibarlı dostlardan almalıdır, rəqiblərdən yox. Düşünürəm ki, bu məsələ, xüsusilə Avropa üçün aktualdır. Hazırda Avropanın idxal etdiyi təbii qazın təxminən 50 faizi Rusiyadan gəlir. Biz bu göstəricini sıfıra endirmək niyyətindəyik”– deyə Rait bildirib.

Nazirin sözlərinə görə, bu boşluğu dolduracaq əsas alternativ mənbə ABŞ-dən ixrac olunan enerji resursları olacaq.

Nazir onu da əlavə edib ki, Vaşinqton Avropanın enerji təhlükəsizliyini təmin etmək və siyasi asılılığı azaltmaq məqsədilə qitənin enerji təchizatında lider rola sahib olmağa çalışır.

Seçilən
90
1
teleqraf.com

2Mənbələr