AZ

Neftçalada FACİƏ: Bir yaşlı körpə anasının qucağından yıxılaraq həyatını itirdi

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Neftçalada faciəvi hadisə baş verib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bir yaşlı körpə anasının qucağından yıxılaraq ölüb.

 

Hadisə rayonun II Qaralı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini, 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızı qucağında olan əkiz övladlarından birini – 2024-cü il təvəllüdlü Allahverdiyev Abdin Səttar oğlunu əlində saxlaya bilməyib.

Körpə yerə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıb və həyatını itirib.Faktla bağlı araşdırma aparılır.Sabutay, Bizim.Media, Cənub bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
bizim.media

3Mənbələr