Polşa Belarus və Rusiya ilə sərhədə 40 minə yaxın əsgər göndərəcək.
APA xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.
"Polşa uzun aylardır "Zapad-2025" təlimlərinə hazırlaşır. Polşa hərbçiləri 30 mindən çox hərbçinin iştirak etdiyi təlimlər keçirib. Yaxın günlərdə sərhəddə 40 minə yaxın əsgərimiz olacaq", - o qeyd edib.