AZ

Birinci Liqa: “Şahdağ Qusar” və “Zaqatala”dan uğurlu start

Bu gün keçirilmiş iki qarşılaşma ilə futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünə start verilib.

Arena.az xəbər verir ki, yeni mövsümün ilk oyunları Binədə və Zaqatalada keçirilib.

MOİK “Şahdağ Qusar”la ev oyununda məğlubiyyətə üzülüb. “Zaqatala” isə “Cəbrayıl”ı məğlub yola salıb.

İlk turun qalan görüşləri sentyabrın 12-də və 13-də keçiriləcək.

Birinci Liqa
1-ci tur

11 sentyabr

MOİK – “Şahdağ Qusar” 1:2
Qollar: Seyxan Fərəcov, 55 – Ruslan Voronsov, 50; 90+2.
Hakimlər: Emin Əliyev, Aydın Bəxşiyev, Rasim Axundov, İslam Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 16:30.

“Zaqatala” – “Cəbrayıl” 1:0
Qol: Mahmud Məmmədov, 22.
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Vüqar Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

12 sentyabr

“Şəfa” – “Şimal”
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Mirnihat Seyidov, Əkbər Əhmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 16:30.

“Səbail” – “Mingəçevir”
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, Murad Səlimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Bayıl Arena”, 19:00.

13 sentyabr

“Baku Sportinq” – “Difai”
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Sənan Atayev, Ruslan Quliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Buzovna qəsəbə stadionu, 16:30.

error: Məzmun qorunur!
Seçilən
35
5
arena.az

10Mənbələr