AZ

Tramp Çarli Kirklə bağlı daha bir SÖZ VERDİ

ABŞ Prezidenti Donald Tramp öldürülən siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq medalı ilə təltif edəcəyinə söz verib.

Publika.az xəbər verir ki, 11 sentyabr terror aktlarının ildönümü ilə əlaqədar Pentaqonda keçirilən mərasimdə çıxış edən Tramp, mükafatlandırma mərasiminin tezliklə baş tutacağını, dəqiq tarixin daha sonra açıqlanacağını bildirib.

"Mən məmnuniyyətlə elan edirəm ki, tezliklə Çarli Kirki ölümündən sonra Prezident Azadlıq medalı ilə təltif edəcəyəm. Mərasimin tarixi açıqlanacaq", - Tramp deyib.

Bundan əvvəl Tramp Çarli Kirkin qətlində əli olan hər kəsi tapacağına söz vermişdi. O, hadisədə sol radikal ideologiyanın tərəfdarlarını günahlandırıb.

Seçilən
45
publika.az

1Mənbələr