AZ

"Liverpul" Salaha əvəzləyici tapıb

“Liverpul” heyətini gücləndirmək üçün yüksək səviyyəli futbolçulara sərmayə yatırmağa hazırdır.

90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, Mersisayd klubu “Bavariya”nın hücumçusu Maykl Olise ilə maraqlanır. Fransalı futbolçu uzunmüddətli perspektivdə 33 yaşlı Məhəmməd Salahın əvəzinə əsas namizəd hesab olunur.

Qeyd olunur ki, Almaniya nəhəngi 23 yaşlı oyunçu üçün təxminən 100 milyon avro tələb edə bilər. Lakin İngiltərə Premyer Liqası klubları ilə danışıqlarda daha sərfəli şərtlərin müzakirəsi üçün şifahi razılıq mövcuddur.

Olise 2024-cü ilin yayında “Kristal Pelas”dan “Bavariya”ya transfer olunub. Bu müddətdə o, bütün turnirlərdə 59 oyuna çıxaraq 24 qol vurub və 23 məhsuldar ötürmə edib. Futbolçunun Münhen klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, Olisenin bazar dəyəri 100 milyon avro təşkil edir.

Seçilən
67
1
90deqiqe.az

2Mənbələr