AZ

ABŞ-dan Hindistana şərt: bundan imtina etsə sazişi bağlaya bilərlər

Hindistan Rusiya neftini almağı dayandırdıqdan sonra onunla ticarət sazişi bağlaya bilərik.

"Ölkə.az" xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Hovard Lutnik CNBC-yə açıqlamasında deyib.

"Hindistan ümumən öz bazarını açmalıdır və Rusiya neftini almağı dayandırmalıdır. Düşünürəm ki, onlar Rusiya neftini almağı dayandırdıqda bu həll olunacaq", - deyə o bildirib.

Qeyd edək ki, avqustun 6-da ABŞ Hindistana Rusiyadan neft və neft məhsulları alması ilə əlaqədar 25% əlavə rüsum tətbiq edib.

Seçilən
7
2
olke.az

10Mənbələr