AZ

ABŞ da saxlanılan 316 Koreyalı sərbəst buraxılıb

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən “Hyundai-LG” şirkətinin idarə etdiyi fabrikə basqın zamanı 316 Cənubi Koreya vətəndaşı saxlanılmışdı.

525.az xəbər verir ki, Corciya ştatının Folkston şəhərindəki təcridxanada saxlanılan 316 Koreya vətəndaşı sərbəst buraxılıb. Belə ki, Koreyalı işçilər təxminən 4,5 saatlıq məsafədə yerləşən Atlantadakı Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanına avtobuslarla yola düşüb.

Qeyd edək ki, sentyabrın 5-də “Hyundai-LG” şirkətinin idarə etdiyi elektrik avtomobil akkumulyatorları zavoduna ICE bölmələri tərəfindən basqın edilmişdi.

Ləman Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
525.az

1Mənbələr