AZ

Qurban Qurbanov oğlunu belə təbrik etdi - Yenilənib

Azərbaycan millisi və “Qarabağ”ın futbolçusu Musa Qurbanlının bu gün toyudur...

Qurban Qurbanovun oğlu Musanı təbrik etməsinin görüntüləri yayılıb:

***

"Qarabağ"ın futbolçusu, Qurban Qurbanovun oğlu Musa Qurbanlının toy məclisi baş tutub. Əsmər adlı xanımla ailə quran oyunçunun toyu maraqlı anlara səhnə olub.

Olay-ın əldə etdiyi məlumata görə, şəhər restoranlarından birində keçirilən məclis dini səbəblər əsas gətirilərək iki hissəyə ayrılıb.

Bir hissədə bəylər, digər hissədə xanımlar olub. Nə qadınların yığıldığı məclisdə, nə də kişi məclisində musiqiçilər olmayıb.

Xanımların olduğu zalda Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar akapella ifalarla kifayətləniblər. Bundan başqa gecədə Əməkdar artist Sevda Ələkbərzadə səhnə alıb.

Məclisin aparıcısı Leyla Quliyeva olub.

Qeyd edək ki, Q.Qurbanov ötən ilin noyabrında təcrübəli mütəxəssis "Qoçət" restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovla qohum olub.

***

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının toyudur

Milli.Az xəbər verir ki, paytaxt restoranlarının birində keçirilən məclisdə tanınmış şəxslər iştirak edir.

Qeyd edək ki, "Qarabağ"ın futbolçusu Musa Qurbanlı "Qoçət" restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovun qızı Əsmərlə ailə həyatı qurur.

***

Bu gün Qurban Qurbanovun futbolçu oğlu Musa Qurbanlının toyudur.

Milli.Az-ın məlumatına görə, bəylə gəlinin çəkiliş prosesindən görüntüləri Cəlal Kəngərli paylaşıb.

Məclis bu axşam paytaxt restoranlarının birində baş tutacaq.

***

Qurban Qurbanovun oğlunun toy mərasimi paytaxt restoranlarından birində keçirilir.

Toy mərasimdən fotonu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Musa Qurbanlı “Qoçət” restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovun qızı ilə ailə həyatı qurur.

Poliqon.info

Seçilən
39
10
poliqon.info

10Mənbələr