AZ

"Ermənistan Rusiyanın “kiçik qardaş”ı deyil, son 4 ildə..."

"Moskva İrəvanı “kiçik qardaş” kimi qəbul etməyi dayandırıb və onu bərabərhüquqlu tərəfdaş hesab edir".

Publika.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan RTVI-yə müsahibəsində bildirib.

"Rusiyanın Ermənistana münasibəti böyük qardaş və ya kiçik qardaşın münasibətinə bənzəmir, sadəcə olaraq tərəfdaşlıqdır. Son dörd ildə reallıqda buna nail olmağa çalışmışıq", - Xaçaturyan bildirib.

O əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə işləyir və eyni zamanda Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirir, çünki bu, şaxələndirilmiş iqtisadiyyat konsepsiyasına uyğundur.

Seçilən
25
6
publika.az

7Mənbələr