AZ

Tramp: Rusiyanın Polşaya pilotsuz uçan aparatlarla müdaxiləsi yanlışlıq ola bilər

Vaşinqton, 12 sentyabr, AZƏRTAC

ABŞ Prezident Donald Tramp Rusiyanın Polşaya pilotsuz uçan aparatlarla müdaxiləsinin yanlışlıq ola biləcəyini deyib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

"Yanlışlıq ola bilər, amma bundan asılı olmayaraq, bütün bu vəziyyətlə əlaqəli heç bir şeydən məmnun deyiləm, amma ümid edirəm ki, sona çatacaq”,- deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
34
3
azertag.az

4Mənbələr