AZ

Qudaları Əsəd Şirinov, Fuad Quliyevə vəzifə verməklə gündəm olan Zaur Mikayılovun rəis təyin etdiyi şəxs görün nə edir!/ FOTO

“Regional Su Meliorasiya Xidməti” PHŞ tərəfindən keçirilən satınalma müsabiqələrinin qalibi məlum olub.

32gun.az xəbər verir ki, “AZSUR GROUP” MMC Qarayeri təsərrüfat daxili arxın (PK0+60 - PK12+60, uzunluğu 1,2 km) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri işlərinin icrasını üzərinə götürüb. Bu məqsədlə tərəflər arasında 123 310 AZN məbləğində müqavilə bağlanacağı gözlənilir.

Bundan başqa, 3 aqreqatlı “Ağalı” tərpənməz nasos stansiyasının təzyiqli boru xəttinin (D=630x7 mm, uzunluğu 0,5 km) əsaslı təmiri də “AZSUR GROUP” MMC-yə həvalə olunub. Bu işlər üzrə 168 740 AZN dəyərində müqavilənin bağlanacağı nəzərdə tutulur.

 

Şirkət eyni zamanda torpaq məcralı Malikumudlu kanalının (1 km) beton üzlüyə alınması və qurğuların əsaslı təmiri tenderində də qalib elan edilib. Bu işlər üzrə müqavilənin məbləği 295 181,61 AZN təşkil edir.

Beləliklə, ümumi məbləğ 587 231,61 AZN təşkil edir.

32gun.az-ın əldə etdiyi məlumata görə, “AZSUR GROUP” MMC-nin dövlət büdcəsinə 14 894,1 AZN vergi borcu mövcuddur. Şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir, qanuni təmsilçisi Rəşad İmanlı Yasəf oğludur.

Qeyd edək ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.

Xatırladaq ki,  Xatırladaq ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərilən Əsəd Şirinovun adı bu iddialarda xüsusi hallanır.

Bir neçə gün öncə yayımlanan materiallarda  ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuş, qurumun yarıtmaz fəaliyyəti nəticəsində sel sularının daşması və ölkədə su qıtlığı ilə bağlı problemlərin artdığı qeyd edilmişdi. İndi isə həmin problemlərlə bağlı elan edilən tenderin qalibinin dövlətə borclu şirkət olması əlavə suallar doğurur.

Seçilən
17
paytaxt.org

1Mənbələr