AZ

Krouford Topuriyanın dedikləri barədə: Bu oğlan içkilidir

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Yarımorta və birinci yarımorta çəki dərəcəsində keçmiş mütləq UFC çempionu amerikalı Terens Krouford İliya Topuriyanın iddialarına cavab verib.

İdman.biz bildirir ki, yüngül çəki dərəcəsində məğlubedilməz UFC çempionu Topuriya Kroufordu nokaut edə biləcəyini deyib.

"Bu oğlan içkilidir. Bir çox MMA döyüşçüləri çox içirlər. O, yəqin ki, spirtli içkinin təsiri altında olub", - Krouford bildirib.

Xatırladaq ki, sentyabrın 13-dən 14-nə keçən gecə Terens Krouford Las-Veqasda Saul "Kanelo" Alvareslə döyüşəcək. Krouford məğlubedilməz döyüşçüdür. Onun hesabında 41 qələbə var.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
1
icma.az

2Mənbələr