AZ

ABŞ-da Dəniz Akademiyasının yataqxanasında atışma olub

ABŞ-ın Merilend ştatının Annapolis şəhərindəki Hərbi Dəniz Akademiyasında atəş səsləri eşidilib və polis ərazini bağlayıb.

APA xəbər verir ki, bu haqda “Fox News” məlumat yayıb.

"Məktəbdən qovulan kursant silahla ABŞ Hərbi Dəniz Akademiyasının kampusuna qayıdaraq yataqxanaya daxil olub. Yataqxanadan atışma səsləri eşidilib", - məlumatda deyilir.

Hadisənin təfərrüatları ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.

Seçilən
29
apa.az

1Mənbələr