AZ

ABŞ G7 ölkələrinə Çin və Hindistana qarşı gömrük rüsumları təklif edir

Vaşinqton Moskvanı danışıqlara məcbur etmək üçün yeni təzyiq planı irəli sürüb...

Poliqon xəbər verir ki, ABŞ administrasiyası “Böyük yeddilik” (G7) ölkələrindən Çin və Hindistandan idxal olunan mallara yüksək gömrük rüsumları tətbiq etməyi tələb etməyi planlaşdırır. Financial Times-ın məlumatına görə, təşəbbüsün əsas məqsədi bu ölkələrin Rusiyadan neft alışı ilə Kremlin hərbi büdcəsini gücləndirməsinin qarşısını almaqdır.

Məsələ 12 sentyabrda G7 maliyyə nazirlərinin videokonfransı zamanı müzakirə olunacaq. Vaşinqtonun təklifi 50%-dən 100%-dək tariflərin tətbiqini nəzərdə tutur. ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi qəzetə açıqlamasında bildirib: “Çin və Hindistanın Rusiyadan neft alışı Putinin hərbi maşınını maliyyələşdirir və Ukrayna xalqının mənasız əzablarını uzadır”.

Avropa İttifaqında bu ideyaya ehtiyatla yanaşılır. Brüssel iqtisadi nəticələrdən və ehtimal olunan cavab tədbirlərindən narahat olduğunu bildirib. Avropa tərəfi bunun əvəzinə Rusiyanın enerji şirkətlərinə qarşı sanksiyaların sərtləşdirilməsini təklif edir. Qeyd olunur ki, Aİ eyni zamanda Hindistanla mümkün ticarət sazişinə ümid edir və bu səbəbdən tarif addımına qarşı çıxır.

Kanada, hazırda G7-yə sədrlik edən ölkə kimi, görüşün Rusiyaya qarşı təzyiq mexanizmlərinin müzakirəsinə həsr olunacağını təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl də FT ABŞ prezidenti Donald Trampın Çindən və Hindistandan idxal olunan mallara 100%-dək tariflərin tətbiqi çağırışı ilə çıxış etdiyini yazmışdı.

Poliqon.info

Seçilən
54
25
poliqon.info

10Mənbələr