AZ

Fidan Ukrayna danışıqlarının bərpasına çağırıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna ilə bağlı danışıqların dayandırıldığı yerdən bərpa edilməsinin vacibliyini bildirib və müharibənin dərhal dayandırılmasının zəruriliyini vurğulayıb.

“Sülh və atəşkəs danışıqları dayandırıldığı nöqtədən davam etdirilməlidir. Türkiyə və İtaliya bu müharibənin dərhal dayandırılmasının vacibliyi barədə həmfikirdirlər. Bu, yalnız regional deyil, həm də qlobal təhlükəsizliyə ciddi təhdiddir”, - İtaliyanın xarici işlər naziri Antonio Tayani ilə birgə mətbuat konfransında çıxış edən Fidan deyib.

Fidan qeyd edib ki, Ankara müharibənin əvvəlindən etibarən onun genişlənməsi təhlükəsinə dəfələrlə diqqət çəkib.

Onun sözlərinə görə, Rusiya dronlarının Polşanın hava məkanını pozması münaqişənin Ukrayna hüdudlarından kənara yayılma riskini göstərir.

Nazir əlavə edib ki, NATO-nun daimi nümayəndələri məsələni müzakirə etmək üçün 4-cü maddə çərçivəsində fövqəladə iclas keçiriblər.

“Ümid edirəm ki, bu bir daha təkrarlanmaz. Bu müharibənin ən ciddi risklərindən biri onun yayılmasıdır və buna dərhal son qoyulmalıdır,” — Fidan vurğulayıb.

N.Təbrizli

Seçilən
40
1
anews.az

2Mənbələr