AZ

ABŞ “Tramp marşrutu” üçün Ermənistana görün nə qədər pul ayıracaq

ABŞ Ermənistana 145 milyon dollar həcmində maliyyə yardımı ayırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bunu İrəvanda Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla görüşü zamanı ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun direktoru Brendan Henrehan deyib.

Onun sözlərinə görə, bu vəsait Trampın “Beynəlxalq Sülh və Rifah üçün Yol Xəritəsi” çərçivəsində və avqustun 8-də ticarət, infrastruktur, kritik mineral tədarük zəncirləri və transsərhəd təhlükəsizlik sahələrində əməkdaşlığı dəstəkləmək üçün əldə olunmuş razılaşmaların icrasına yönəlmiş ilk tranşdır.

Seçilən
14
publika.az

1Mənbələr