AZ

Bakıda çex müəllifi ilə ədəbi görüş olub

“Əli və Nino” kitab mağazasısında çex müəllif Liliya Gerberlə ədəbi görüş keçirilib.

Kulis.az xəbər verir ki, tədbir zamanı Çexiyada yaşayan və fəaliyyət göstərən rəssam Olqa Ağamalıyevanın neyroqrafik rəsmləri ilə illüstrasiya edilmiş “Sevgi labirintləri” adlı yeni şeirlər toplusu təqdim olunub.

Qeyd edək ki, ədəbi tədbir poeziyasevərləri və şəhərin yaradıcı ictimaiyyətinin nümayəndələrini bir araya yığıb. Müəllif və illüstrator qonaqlara salamlama nitqi ilə müraciət edib, toplunun yaradılmasından danışıb, bir neçə əsəri oxuyublar.

Seçilən
23
1
kulis.az

2Mənbələr