AZ

Məşhur tennisçi ölüm ayağında: Xərçəng olduğu məlum oldu

Keçmiş dünyanın bir nömrəli tennisçisi və Böyük Dəbilqə turnirlərinin 11 qat qalibi Byorn Borqa xərçəng diaqnozu qoyulub. Vətəninfo.az xəbər verir ki, bu barədə İsveçin Expressen nəşri tennis əfsanəsinin “Heartbeat” adlı avtobioqrafik kitabına istinadən məlumat yayıb.

Borq kitabı həyat yoldaşı Patricia ilə birlikdə qələmə alıb. Nəşrin rəsmi satış tarixi 18 sentyabr olsa da, kitab artıq bu gündən etibarən İtaliyanın bəzi onlayn platformalarında əldə edilə bilər.

Byorn Borq altı dəfə “Rolan Qarros”, beş dəfə isə “Uimbldon” turnirinin qalibi olub. O, 1987-ci ildən Beynəlxalq Tennis Şöhrət Zalının üzvüdür.

Seçilən
10
veteninfo.az

1Mənbələr