AZ

Bolsonaro dövlət çevrilişinə cəhdə görə 27 il 3 ay cəzalandırıldı

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Braziliya Ali Məhkəməsi sabiq prezident Jair Bolsonaroya dövlət çevrilişinə cəhd ittihamı ilə 27 il 3 ay həbs cəzası verib.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmədə iştirak edən 5 hakimdən dördü keçmiş dövlət başçısını təqsirli bilib.

Qeyd edək ki, Bolsonaro “zorakılıq, silahlı cinayət təşkilatına üzvlük və demokratik nizamı devirməyə cəhd”də günahlandırılıb.

Yerli mediada bu hökm Braziliya tarixində vacib qərar kimi qiymətləndirilib.

Bolsonaro cəzasını ev dustaqlığında və ya yüksək rejimli həbsxanada xüsusi kamerada çəkə bilər.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
1
bakivaxti.az

2Mənbələr