AZ

Rusiya və Belarus hərbi təlimlərə başladı

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Bu gün Rusiya və Belarus arasında “Zapad 2025” birgə strateji hərbi təlimləri başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Sentyabrın 12-də Belarus Respublikası və Rusiya Federasiyası Silahlı Qüvvələrinin “Zapad 2025” birgə strateji hərbi təlimi başlayıb”, - məlumatda deyilir.

Təlimlər Rusiya, Belarus, həmçinin Baltik və Barents dənizlərindəki poliqonlarda keçiriləcək.

İştirak üçün KTMT, ŞƏT və digər tərəfdaş dövlətlərin hərbi birləşmələri dəvət olunub. Qeyd olunur ki, təlimlərdə İttifaq dövlətinə qarşı təcavüzün dəf edilməsi və onun ərazi bütövlüyünün bərpası nəzərdə tutulur.

Ağarza Elçinoğlu 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
unikal.az

1Mənbələr