AZ

Bakıda 70 yaşlı kişi itkin düşdü

Bakıda 70 yaşlı kişi itkin düşüb.
 
Moderator.az xəbər verir ki, hadisə Xətai rayonu ərazisində baş verib.
 
1959-cu il təvəllüdlü Fatma Səttar qızı İmanova ərizə ilə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə müraciət edərək, qardaşı, Rusiya Federasiyası vətəndaşı olan 1955-ci il təvəllüdlü Həsən Səttar oğlu İmanovun avqustun 23-də yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 14A, mənzil 19 ünvanından gedərək geri qayıtmadığını bildirib.
 
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsində araşdırma aparılır.
Seçilən
55
4
moderator.az

4Mənbələr