AZ

Naxçıvanın bəzi ərazilərində içməli suyun verilməsi dayandırılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, buna səbəb şəhərin Babək, Əlincə, Əliqulu Qəmküsar məhəllələri, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılmasıdır.
Saat 10:00-dan etibarən bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranıb. İşlər bu gün yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Seçilən
22
oxu.az

1Mənbələr