AZ

Polşa Belarusla sərhəddə tikanlı məftillər çəkib

Polşa hakimiyyəti Belarusla sərhəd-keçid məntəqələrindən birində tikanlı məftillər və şlaqbaumlar quraşdırıb ..

Poliqon xəbər verir ki, bu barədə BELTA xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Polşa yerli vaxtla saat 01:00-da Belarusun “Brest” keçid məntəqəsindən nəqliyyatın qəbulunu dayandırıb. Polşa təhlükəsizlik qüvvələri keçid məntəqəsində tikanlı məftillər çəkib, həmçinin metal hasar çəkiblər.

Sentyabrın 9-da Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski qeyd edib ki, ölkə hakimiyyəti sentyabrın 11-dən 12-nə keçən gecə Belarusla sərhədi müvəqqəti bağlayacaq. Buna səbəb Rusiya-Belarus birgə “Qərb-2025” təlimləri olub. Bununla əlaqədar Belarus hakimiyyəti dövlət sərhədindən nəqliyyatın hərəkətinin dayandırılması ilə bağlı etiraz edib.

Poliqon.info

Seçilən
22
3
poliqon.info

5Mənbələr