AZ

Tibb müəssisələrinin axtarışı bölməsinə özəl tibb müəssisələri də əlavə edilib

Bakı. Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik)rəsmi internet səhifəsində"Tibbmüəssisələrinin axtarışı" bölməsi yenilənib. İcbari tibbisığorta hesabına göndəriş əsasında Agentliklə müqaviləsi olan özəltibb müəssisələrində göstərilən tibbi xidmətlər sistemə inteqrasiyaedilib.

Trend xəbər verir ki, bu barədə İcbari TibbiSığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu dəyişikliklə vətəndaşlar lazımi tibbi xidmətinicbari tibbi sığorta çərçivəsində göndəriş əsasında hansı özəl tibbmüəssisəsində göstərildiyini sayt üzərindən asanlıqla müəyyən edəbilərlər.

Bu məqsədlə "Tibbmüəssisələrinin axtarışı" bölməsi vətəndaşlara sərbəst şəkildəseçim etməkdə kömək edir.

Sistemdən istifadə etmək üçün aşağıdakı mərhələlərdən keçməklazımdır:

its.gov.azsaytına daxil olun; Ana səhifədə yerləşən "Tibbmüəssisələrinin axtarışı" bölməsini seçin; Filter vasitəsiləlazım olan tibbi xidməti “Xidmətlər” hissəsindən seçin; Axtarışnəticəsində həmin xidmətin göstərildiyi dövlət və ya özəl tibbmüəssisələrinin siyahısı ilə tanış olun.

Bu yanaşma vətəndaşların vaxtına qənaət etmək və tibbi xidmətləbağlı müraciətləri daha məqsədyönlü planlamaq imkanı yaradır.

Hazırda Agentlik 190-dan çox özəl tibb müəssisəsi ilə əməkdaşlıqedir. Bura paytaxt Bakı ilə yanaşı, ölkənin digər bölgələrindəfəaliyyət göstərən özəl xəstəxanalar da daxildir.

Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın XidmətlərZərfi çərçivəsində vətəndaşlara 3315 sayda tibbi xidmət göstərilir.Həmin tibbi xidmətlərdən vətəndaşlar TƏBİB-in tabeliyində olandövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin elmi-tədqiqatinstitutu və mərkəzlərində istifadə edə bilərlər. Dövlət tibbmüəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığıtəqdirdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinəgöndəriş verilir. Göndəriş əsasında özəl tibb müəssisəsini seçməkhüququ yalnız pasiyentə məxsusdur. Göndəriş vərəqəsi əsasında özəltibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsindətibbi xidmətlər ödənişsiz göstərilir.

Xatırladaq ki, "Tibbmüəssisələrinin axtarışı" bölməsində TƏBİB-in tabeliyində olandövlət tibb müəssisələri, Səhiyyə Nazirliyinin elmi-tədqiqatinstitut və mərkəzlərində göstərilən tibbi xidmətlərin siyahısı dayer alır.

Məqalədə:
Seçilən
51
5
az.trend.az

6Mənbələr