AZ

"Napoli"nin futbolçusu Rusiya klubuna keçdi

Rusiyanın SSKA klubu "Napoli"dən Matiya Popoviçi transfer edib.

“İki sahil” xəbər verir ki, bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat paylaşıb.

19 yaşlı serbiyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Popoviç SSKA-da 20 nömrə altında çıxış edəcək.

Qeyd edək ki, Matiya Serbiyanın "Partizan"ın yetirməsidir. O, 18 yaşında "Napoli"yə keçib. Ötən mövsüm o, İtaliya klubunun gənclər komandasında 26 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
6
3
ikisahil.az

4Mənbələr