AZ

Dinlənilən hər 10 dərsən 7-də tədrisin keyfiyyəti zəif olub - ARTİ

400 məktəbdə təxminən 17 min 300 dərsdinləmə aparılıb.

AzEdu.az xəbər verir ki, bu sözləri ARTİ-nin direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə qeyd edib.

Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, dinlənilən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti zəif qiymətləndirilib.

"Yalnız dərslərin 30 faizi kafi və ya yaxşı hesab olunub. Fənlər üzrə nəticələr belə olub: Azərbaycan dili dərslərinin 65 faizi, riyaziyyat dərslərinin 64 faizi, ingilis dili dərslərinin 85 faizi, digər fənlərin isə 74 faizi zəif qiymətləndirilib. Ümumi orta göstərici isə 71 faiz təşkil edib.

Elnur Əliyev bildirib ki, keyfiyyətli dərsin təmin olunması üçün beş əsas meyar nəzərə alınacaq: dərsin planlaşdırılması, şagirdlərin dərsə fəal cəlb olunması, vaxt və resurslardan səmərəli istifadə, şagirdlərdə bacarıq və səriştələrin formalaşdırılması, həmçinin effektiv formativ qiymətləndirmə".

O qeyd edib ki, yeni tədris ilində əsas hədəf məktəblərdə dərs keyfiyyətinin yüksəldilməsi olacaq.

Seçilən
42
azedu.az

1Mənbələr