AZ

Ukrayna ordusu Rusiyaya 200-dən çox PUA ilə hücum edib

Ukrayna tərəfi sentyabrın 11-dən 12-nə keçən gecə Rusiyaya qarşı yüzlərlə pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirib.

Azreform.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 221 PUA-nı məhv edib.

Nazirliyin açıqlamasına əsasən, Bryansk vilayəti üzərində 85, Smolenskdə 44, Leninqrad vilayətində 28, Kaluqada 18, Novqorodda 14, Oryol və Moskva vilayətləri üzərində 9, Belqorodda 7, Rostov və Tver üzərində 3, Pskov, Tula və Kursk vilayətləri üzərində isə 1 PUA zərərsizləşdirilib.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, təkcə bu bölgə üzərində 30-dan çox PUA vurulub. Onun sözlərinə görə, hücum nəticəsində Primorsk limanında neftlə dolu gəmidə və nasos stansiyasında yanğın baş verib.

Mürtəza

Seçilən
13
1
azreform.info

2Mənbələr