AZ

Dinlənilən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti aşağı olub

Son 4 iıdə 400 məktəbdə 17 min 300 dərsdinləmə aparılıb.

“İki sahil” xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor vəzifəsini icra edən, təhsil nazirinin müşaviri Elnur Əliyev yeni tədris ilinə həsr olunan tədbirdəki çıxışında deyib.

O bildirib ki, dinlənilən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti aşağı olub:

"Dərslərin 30 faizi kafi və ya yaxşı qiymətləndirilib. Müəllimlər, adətən, öyrənmə bacarığı yuxarı olan bir neçə şagirdlə işləyir, digərləri isə diqqətdən kənarda qalır. Dərslərdə diferensial yanaşmanın tətbiqi müşahidə olunmur. Şagirdlərin çoxu dərslərdə passiv dinləyici kimi iştirak edir".

Seçilən
8
ikisahil.az

1Mənbələr