AZ

Elnur Rzayev Yalama kəndində səyyar qəbul keçirib – FOTOLAR

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbrələrinin iştirakı ilə Yalama kəndində səyyar qəbul keçirib.
Qəbulda Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Yalama, Xanoba, Düztahiroba, Ortaoba, Səlimoba, Ukuroba, Yaquboba və Zuxuloba kəndinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin, elektrik təsərrüfatının yenilənməsi, yolların abadlaşdırılması, məktəb binasının təmiri, uşaq bağçası-körpələr evində qrupların sayının artırılması və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
 
Seçilən
16
7times.az

1Mənbələr