Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
Şəhid anası müraciəti feysbuk sosial şəbəkəsindəki hesabında yazıb.
Qaziler.az həmin müraciəti təqdim edir.
"Cənab Prezidentim Ilham Aliyev
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq,
- Azərbaycan Republikası vətəndaşları müraciət etmək hüququna malikdir .
Maddə 1.2.
- Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır .
Sizə 33 ildir Vətən həsrəti ilə yaşayan, hər an sizin - hücum əmrinizi gözləyən və dövlətimizin müstəqilliyi uğrunda can verməyə hazır olan azərbaycanlılar və Saybalı camaatı adından yazıram .
Cənab Prezident, son günlər biz məcburi köçkünlərin də qınadığı bir neçə məcburi köçkünün qəbul edilməyən hərəkətlərinə görə Səidə Bəkir qızı adlı qadının və o qadından bir neçə gün sonra özünü keçmiş polis əməkdaşı kimi qələmə verən, ölkədə qarşıdurma yaratmaq istəyən, özünü keçmiş polis işçisi kimi təqdim edən bir nəfərin şirvanlıların adlndan çıxış edərək qarabağllıları söyməsi, təhqir etməsi ölkədə vətəndaşlar, rayonlular və şəhərlilər arasında xaosa aparır .
Bu şəxs dələduzluğa və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə bir neçə dəfə məhkum olmuş şəxsdir.
Şirvan şəhər sakini , Azad İsgəndərli adlı vətəndaşın və Səidə Bəkirqızının hər gün sosial şəbəkə vasitəsi ilə məcburi köçkünləri alçaldıcı və təhqiredici çıxışışları ölkədə böyük çaxnaşmaya, camaat arasında az qala qardaş qırğınına gedən bir səbəbə şərait yaratmasına gedir.
Cənab Prezident, bunun qarşısı təcili alınmalı və o şəxslər qanun qarşısından öncə, sizin bu xalqı bir yumruq kimi birləşdirdiyiniz 30 illik əziyyətinizin qarşısında cavab verməlidir .
Onların və havadarlarının hər an Cənab Prezidentimizin yumruğu ətrafında birləşməyə hazır Xalqımızın içinə nifaq salan çıxışları, məcburi köçkünlərə, qarabağlılara qarşı başlanan nifrət kampaniyası günü-gündən daha da qızışır. Artıq bu vəziyyət köçkün olmayan əhali ilə köçkünlər arasında ədavət səviyyəsinə gəlib çatmışdır.
Hörmətli Prezident , biz Ağdam rayon Saybalı kənd camaatı, artıq dözülməz vəziyyətlə bağlı sizə müraciət edir və vətəndaşları üz-üzə qoyanların dövlətimizin qanunları qarşısında cavab verməsini təmin etməyi sizdən xahiş edirik".
QAZİLER.AZ