AZ

Azərbaycanda orqanik məhsulların sərbəst satışının təşkili təklif olunur

Azərbaycan vətəndaşları hazırladıqları orqanik məhsulları sərbəst şəkildə satmaq imkanına malik olmalıdırlar. 

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda kəndlərdə vətəndaşlar orqanik məhsullardan qazanc əldə edirlər: "Söhbət ev şəratində hazırlanan məhsullardan gedir. Buna görə vətəndaşlar bunu restoranlara satmaq istəyir. Amma kafelər həmin insanlardan bu məhsulları alan zaman cərimələnirlər. Səbəb kimi müvafiq yoxlanışlardan keçməmək kimi göstərilir. Amma vətəndaşların həyat şəraitini ağırlaşdırmaq olmaz".

R. Nurullayev hesab edir ki, insanlar məhsullarını sərbət şəkildə satmağı bacarmalıdır: "Bu istiqamətdə sadələşdirilmiş prosedurlar olmalıdır. Restoranlar həmin şəxslərdən orqanik məhsulları almaq imkanına malik olmalıdırlar. Həmin insanları qazancdan məhrum etməmək üçün tədbirlər həyata keçirilməlidir".

Seçilən
39
2
bakivaxti.az

3Mənbələr