AZ

Dövlət Turizm Agentliyi cənub regionuna infotur təşkil edib

Bakı, 12 sentyabr, AZƏRTAC

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə cənub regionunun Xəzər sahilində yerləşən rayonlarına infotur təşkil olunub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, infoturun əsas məqsədi rayonların turizm imkanlarının geniş şəkildə təbliğ olunması, son illərdə turizm sahəsində aparılan işlərin nümayiş etdirilməsi, eyni zamanda yeni turizm destinasiyalarının tanıdılmasıdır.

Astara, Lənkəran və Neftçala rayonlarını əhatə edən infotura Azərbaycanda fəaliyyət göstərən 30 turizm şirkətinin nümayəndələri və səyahət blogerləri qatılıblar.

İnfotur çərçivəsində Hirkan Milli Parkına, bambuk plantasiyasına, Sım kəndinə, balıqçılıq, çay və sitrus təsərrüfatlarına, yeni istifadəyə verilmiş turizm müəssisələrinə səfər edilib. Həmçinin iştirakçılar regionun yerli mətbəx nümünələri, müalicə turizmi və aqroturizm imkanları ilə tanış olublar.

Seçilən
10
7
azertag.az

8Mənbələr