AZ

Çempionlar Liqasının finalı bu stadionda olacaq - 2-ci dəfə

UEFA 2026/2027 mövsümündə keçiriləcək Çempionlar Liqasının final oyununun məkanını açıqlayıb. Qərara əsasən, həlledici qarşılaşma İspaniyanın "Atletiko Madrid" klubuna məxsus "Metropolitano" stadionunda baş tutacaq.

Milli.Az-ın məlumatına görə, bu arena tarixində ikinci dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.

Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında verilib. Həmin toplantıda həmçinin 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda, qadınların Çempionlar Liqasının 2027-ci il finalının isə Varşavadakı Milli Stadionda keçirilməsi təsdiqlənib.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu da 2027-ci ildəki Çempionlar Liqasının finalına ev sahibliyi üçün namizədlər sırasında yer almışdı.

Milli.Az

Seçilən
31
2
milli.az

3Mənbələr