AZ

Britaniya baş nazirinin hərəkəti Trampı qıcıqlandırıb

ABŞ lideri Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerin bir hərəkətindən narazı qalıb.

Herbiand.az bildirir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Belə ki, Starmer Böyük Britaniyanın ABŞ-dakı səfiri Piter Mandelsonu vəzifəsindən azad edib. Lakin bununla bağlı Donald Trampı əvvəlcədən məlumatlandırmayıb.

“Tramp Starmerin Mandelsonun işdən çıxarılmasına yanaşmasından qıcıqlanıb. Tramp şəxsən ona məlumat verilməməsindən narazı idi və onun gələn həftə [Böyük Britaniyaya] rəsmi səfərinə kölgə qoya biləcək hər hansı bir şeydən ehtiyatlanır”, - məqalədə qeyd olunur.

Mənbənin sözlərinə görə, Ağ Ev indi Trampın səfərinin qalmaqal nəticəsində pozula biləcəyindən narahatdır. Ona görə də Mandelsonun varisinin mümkün qədər tez təyin olunmasını istəyirlər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
56
herbiand.az

1Mənbələr