Polşa hakimiyyəti Belarusla sərhəd keçid məntəqələrindən birində tikanlı məftillər və şlaqbaumlar quraşdırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Polşa Belarusun “Brest” keçid məntəqəsindən nəqliyyatın qəbulunu dayandırıb. Polşa təhlükəsizlik qüvvələri keçid məntəqəsində tikanlı məftillər çəkib.