AZ

Tramp Nyu-Yorkda Qətərin Baş naziri ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp bu gün Nyu-Yorkda Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani ilə görüşəcək.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Qətərin Baş naziri ilk növbədə ABŞ-ın dövlət katibi Marko Rubio, daha sonra isə vitse-prezident Ceyms Devid Vens ilə görüşəcəyi bildirilib.

Bundan sonra onun Tramp və xüsusi nümayəndə Stiv Uitkoffla görüşü gözlənilir.

Müzakirələrin əsas mövzusu isə bu həftənin əvvəlində İsrailin Doha şəhərində HAMAS liderlərinə endirdiyi zərbənin nəticələri olacaq. Bununla yanaşı, ABŞ-Qətər təhlükəsizlik sazişi də əsas gündəm mövzusudur.

Seçilən
15
3
operativmm.az

4Mənbələr