AZ

Ukrayna dronlarının gecə hücumundan sonra Moskva aeroportlarında 50 reys gecikib və ya təxirə salınıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskva, 12 sentyabr, AZƏRTAC

Rusiya paytaxtının hava limanlarının onlayn lövhələrinin məlumatına görə, Ukrayna PUA-larının gecə hücumundan sonra 50 reys gecikib və ya təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, 25 uçuş təxirə salınıb, eyni sayda reys isə gecikib. Gecikmə iki saatdan çox çəkməyib. Ləğv edilən uçuşların əksəriyyəti Sankt-Peterburq reysləri ilə bağlı olub.

Saat 10:00-a olan məlumata görə, Vnukovoda 11 reys ləğv edilib, altı reys gecikib. Şeremetyevoda 17 reys gecikib, 11-i isə ləğv edilib. Domodedovoda iki reys təxirə salınıb, Jukovskidə iki reys gecikib, biri isə ləğv edilib.

Bundan əvvəl Moskva meri Sergey Sobyanin bildirmişdi ki, sentyabrın 12-də gecənin ilk saatlarında Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemi Moskvaya uçan 9 pilotsuz uçuş aparatını vurub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
azertag.az

2Mənbələr