Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, bir neçə ay dayandırılmış danışıqlar yenidən başlanıb. Mənbələrdən birinin sözlərinə görə, London "həqiqətən nəticə əldə etməyə çalışır", çünki danışıqlar əvvəllər artıq "irəliləmiş mərhələdə" dayanmışdı.
Məsələ xüsusilə ABŞ prezidenti Donald Trampın Birləşmiş Krallığa dövlət səfəri ərəfəsində aktuallaşıb.
Qeyd edək ki, bu ilin mayında tərəflərin yeni ticarət sazişi barədə razılığa gəlmək niyyəti dəfələrlə açıqlanmışdı. 8 mayda Tramp ABŞ ilə Böyük Britaniya arasında yeni ticarət razılaşmasının əldə edildiyini bəyan etsə də, polad rüsumları məsələsi açıq qalmışdı. 26 iyunda isə London polad məhsullarını strateji resurslar siyahısına daxil etmək niyyətini açıqlamışdı.