AZ

Ulduz futbolçu klub prezidenti oldu

Almaniyanın tanınmış futbolçusu, hazırda ABŞ-ın "Los-Anceles Qelaksi" klubunda çıxış edən Marko Roys yeni vəzifəyə gətirilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya mətbuatı 34 yaşlı yarımmüdafiəçinin Baller Media Liqasında çıxış edən "Leqasi Ballers" klubunun prezidenti olduğunu yazıb.

Beləliklə, Roys Kristof Kramer, Maks Kruz və Kevin-Prins Boatenq kimi ulduz futbolçuların sırasına qoşularaq liqanın ən tanınmış prezidentlərindən birinə çevrilib.

Xatırladaq ki, Baller Liqası hazırda Avropanın ən məşhur futbol media layihələri sırasında yer alır.

Hüseyn
Milli.Az

Seçilən
22
milli.az

1Mənbələr