“Sinifdə şagird çoxluğunun uşaqların öyrənməsinə mənfi təsiri ilə bağlı fikirlər mövcud idi. Amma 2 ildə müşahidə etdik ki, bu, heç də pis təsir etməyib”.Metbuat.az-ın məlumatına görə, bunu Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev 2025–2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib. Nazir bildirib ki, 40-dan yuxarı olan siniflərdə göstərici bir qədər aşağı olsa da, 30-35 şagirdi olan siniflərdə nəticələr normaldır. Onun sözlərinə görə, sinifdəki şagird sıxlığından daha çox, müəllimin bacarığı şagirdlərin öyrənməsinə təsir edir.Sevinc İbrahimzadə / Metbuat.az