AZ

Nazir “Azərbaycan tarixi” və “Azərbaycan dili” dərsliklərində olan problemlərdən danışdı

"Dünya ölkələri öz təhsilini iki xətt üzrə qurur. Bunlardan birincisi milli ideoloji, milli dəyər məsələləri, uşaqların milli həmrəylik ruhunda formalaşmasıdır. Azərbaycan bunun öhdəsindən yaxşı gəlib. Bunu 44 günlük Vətən müharibəsində də gördük. Lakin bunlar hələ hamısı deyil".
 
Moderator.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib.
 
Nazir çıxışında “Azərbaycan tarixi” və “Azərbaycan dili” dərsliklərində olan problemlərə diqqət çəkib. Onun sözlərinə görə, bu kitabların dili uşaqların yaş xüsusiyyətlərinə uyğun deyil. 10-11 yaşlı uşaqdan 16 yaşına qədər uşaqların anlaşıqlı, ardıcıl milli hekayəyə ehtiyacı var ki, onu hamıya danışa bilsinlər: “Bizim tarix kitablarımızın böyük əksəriyyəti tarixi faktların ardıcıl olaraq sıralanmasıdır. Düşünürəm ki, bu dəyişməlidir.
 
“Azərbaycan dili” dərsliklərində də problem var. Bu sahədə uşaqların oxuyub-anlaması ilə bağlı problemləri var. On yaşına çatan uşaqların çoxu oxuduğunu anlamır. Bunları dəyişmək üçün mütəxəssis lazımdır. Dərsliklər hər hansı mütəxəssisin arzusu əsasında hazırlanmamalıdır”.
 
Seçilən
23
4
moderator.az

6Mənbələr