AZ

Dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşımalarının həcmi açıqlanıb

Bakı. Trend:

Dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-avqust aylarında11,2 milyon ton yük, 6212,9 min sərnişin daşınıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yükdaşınmasında 10,1 faiz azalma, sərnişin daşınmasında isə 20,1 faizartım müşahidə olunub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində yük vəsərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiqolaraq 2,8 faiz və 5,1 faiz artıb.

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləritərəfindən 158 milyon ton yük daşınıb. Yüklərin 3,9 faizi dəniz,7,1 faizi dəmir yolu, 0,2 faizi hava, 61,1 faizi avtomobilnəqliyyatı, 27,7 faizi isə boru kəməri ilə daşınıb.

Seçilən
21
2
az.trend.az

3Mənbələr