AZ

Dünyanın ən təhlükəli ağacı: Yarpağından gövdəsinə qədər zəhər saçır FOTO

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Zəhərli bitkilər dedikdə, çoxumuzun ağlımıza ilk olaraq zəhərli sarmaşıq gəlsə də, dünyadakı ən təhlükəli bitki manşinel ağacıdır.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu ağac əsasən Cənubi Floridada, Mərkəzi Amerikada, Cənubi Amerikanın şimal sahillərində və Karib dənizinin bəzi bölgələrində bitir.

Alimlər manşineli “dünyanın ən təhlükəli ağacı” kimi qiymətləndirir.

Manşinel ağacına yaxınlaşmağın təhlükəsiz yolu yoxdur. Kökündən yarpağına, meyvəsindən gövdəsinə qədər onun hər bir hissəsində güclü bir zəhər var.

Hətta bir toxunuş dərinin şiddətli qıcıqlanmasına, qabarcıqlara və yanıqlara səbəb ola bilər. Daha da pisi, bu ağacın şirəsi gözə düşərsə, müvəqqəti korluğa səbəb ola bilər.

Yağış zamanı bu ağacın altında dayanmaq da son dərəcə təhlükəlidir. Yağış damcıları zəhərli şirəni yarpaqlardan aşağıya doğru aparır və ağrılı dəri reaksiyalarına səbəb olur. 

Hətta manşinelin odununu yandırmaq da risklidir, çünki əmələ gələn tüstü gözləri və tənəffüs yollarını qıcıqlandıraraq sağlamlıq üçün təhlükə yaradır.

Manşinel meyvəsi kiçik, parlaq yaşıl almaya bənzəyir və kənardan kifayət qədər hözəl görünür. Ancaq bu meyvəni yemək qısa müddətdə ağır nəticələrə səbəb ola bilər. 

Meyvəsini yemək aşağıdakı simptomlara səbəb ola bilər:

Ağız ətrafında qabarcıqlar, şiddətli yanma hissi, ağız və boğaz ətrafında şişlik;

Nəfəs almağı və udmağı çətinləşdirən boğaz spazmları;

Aşağı qan təzyiqi və qan dövranı problemləri;

Mədə və bağırsaqlara ciddi ziyan:

Qusma, ishal və şiddətli qarın ağrısı;

Daxili qanaxma və həddindən artıq maye itkisi səbəbindən dehidrasiya.

Billurə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
olke.az

2Mənbələr